“ABŞ Nümayəndələr Palatası “erməni soyqırımı”nı tanımaqla bizdən qisas alır” –Çavuşoğlu

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı”nı tanımasına münasibət bildirib.

Türkiyə XİN başçısı “Twitter”də yazıb ki, tarixi siyasətə alət edənlərin bu qərarı utancvericidir.Onun sözlərinə görə, Türkiyə Suriyanın şimalında “Barış bulağı” hərəkatı ilə böyük oyunu pozub.

“Bizdən bu yolla intiqam alacaqlarını düşünənlər yanılırlar. Bu qərarın hökumətimiz və xalqımızın üçün heç bir önəmi yoxdur”, – deyə M. Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatası qondarma “erməni soyqırımı”nın tanınması barədə akt qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

SOCAR-ın qayığındakı partlayışda xəsarət alanların vəziyyət ağırdır –

Sonrakı məqalə

Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycana gəlib