ABŞ prezidenti Bayden Ermənistana 24 milyon dollar yardım ayırıb

29 May 2021 - 15:16
President Joe Biden speaks on the economy in the Roosevelt Room of the White House, Saturday, Feb. 27, 2021, in Washington. (AP Photo/Pablo Martinez Monsivais)

ABŞ prezideni Baydenin Administrasiyası Ermənistana 24 milyon dollar yardım təklif edib.

Azpost.info bildirir ki, bu barədə ABŞ-ın Erməni Milli Komitəsi(ANSA) məlumat yayıb.

Məlumatda deyilir ki, bu pulun 600 min dolları hərbi yardıma ayrılıb.  Bundan başqa büdcənin 6 milyon 50 min dolları narkotiklərə qarşı mübarizədə Ermənistan hüquq-mühafizə orqanları üçün nəzərdə tutulub.