ABŞ prezidenti Pinoçet qiyamından necə xəbər tutub? –Çilidə çevrilişlə bağlı 2 məxfi sənəd açıqlanıb

ABŞ Dövlət Departamenti 1973-cü ildə Çilidə baş vermiş dövlət çevrilişi ilə bağlı prezident Niksona təqdim olunmuş 2 hesabatın üzərindən məxfiliyi götürüb. 

Azpost.info bildirir ki, 50 il əvvəl bir qrup hərbçinin solçuların koalisiyasını devirməsi general Auqusto Pinoçeti hakimiyyətə gəlməsi ilə nəticələnmişdi.

1973-cü ilin sentyabrında Çili hərbçiləri SSRİ-nin dəstəklədiyi sosialist prezident Salvador Allendeni devirib. Çili ABŞ-ın bu çevrlişidə nə dərəcədə iştirakının bilmək üçün iğtişaşlar baş verən günü prezident Niksona hansı hesabatların verildiyini bilmək istəyib. Bununla bağlı Çili ABŞ-a xahişlə müraciət edib.

Açıqlanan məxfi sənəddən aydın olur ki, Prezident Niksona ilk hesabat 1973-cü il sentyabrın 8-də təqdim edilib. Burada Çili ordusunun, ilk növbədə isə quru qoşunlarının və Hərbi Hava Qüvvələrinin dəstəyinə arxalanan Hərbi Dəniz Qüvvələri arasında üsyankar əhval-ruhiyyədən bəhs edir. Amma ABŞ rəsmiləri məruzədə o zaman hökuməti devirmək planından əsər-əlamət görməyiblər, lakin prezident Salvador Alyendenin müxalifətin ona davamlı təzyiqindən və xüsusən də hərbçilərin niyyətlərindən narahat olduğunu bildiriblər.

11 sentyabr 1973-cü il tarixli ikinci hesabata görə, Hərbi Dəniz Qüvvələrinin zabitləri döyüş əməliyyatlarına başlamaq üçün artıq müəyyən əsas hərbi hissələrin dəstəyini aldıqları qeyd olunur.  Sənəddə deyilir ki, sol qüvvələr hərbçilərin və sağçı siyasətçilərin hökuməti devirə bilməyəcəklərinə inanaraq heç bir güzəştə getməməkdə qərarlıdırlar.

Qeyd olunur ki, Alyende  ümid edir ki, gözləmək böhrandan qaçmağa kömək edəcək.

Çilidə dövlət çevrilişi 1973-cü il sentyabrın 11-də baş verdi.

Həmin vaxt ölkəyə SSRİ-nin fəal dəstəyi ilə Cənubi Amerikada demokratik yolla hakimiyyətə gələn ilk sosialist Salvador Allende rəhbərlik edirdi. Onun 1970-ci ildə dövlət başçısı seçilməsi Çili ilə ABŞ arasında münasibətlərin pisləşməsinə səbəb olub.

Təhqiqat nəticəsində ABŞ Senatının Komitəsi tədqiqatlar nəticəsində etiraf edib ki, ABŞ xüsusi xidməti Çili ərazisində məxfi əməliyyatlar aparıb və Alyendenin qarşısını almaq üçün dövlət çevrilişinin təşkili imkanlarını nəzərdən keçiriblər. lakin Pinoçetin hakimiyyətə gəlişində iştirakına dair kifayət qədər inandırıcı dəlil tapmayıblar.

Mərkəzi Kəşfiyyat İdarəsi israr edib ki, Çili prezidentinə qarşı sui-qəsddən xəbərləri olub, lakin onun həyata keçirilməsinə mane olmayıblar.

ABŞ bu sənədləri Çili səfiri Xuan Qabriel Valdesin xahişi  ilə yayıb. “Biz hələ də bilmirik ki, hərbi çevrilişin səhəri günü prezident Niksonun masası üzərinə hansı hesabat qoyulub”-deyən diplomat vurğulayıb ki, o, ABŞ hakimiyyət orqanlarından üzr istəməsini tələb etmir, lakin onlar Çilidə baş verənlərə müdaxilələri ilə bağlı daha açıq olmalıdırlar.

“ABŞ Alyendedən sonra Çili demokratiyasının zəifləməsinə görə məsuliyyətin olduğunu mümkün qədər aydın şəkildə bildirməlidir” deyə Valdes vurğulayıb.  O bildirib ki, bundan əvvəl açıqlanmış sənədlər Vaşinqtonun Alyende hökumətinə zərər vurmaq üçün tətilləri və təxribatları maliyyələşdirdiyini göstərir.

Çilidə Pinoбуешт hakimiyyəti 17 il çəkdi. Həmin dövr ərzində hərbi rejim 3 mindən artıq siyasi əleyhdarını öldürüldü, minlərlə vətəndaş isə yoxa çıxdı.

Azpost.info

 

 

Əvvəlki məqalə

Rusiya Prezident Administrasiyasının keçmiş rəhbəri vəfat edib

Sonrakı məqalə

Britaniya kəşfiyyatı Priqojinin ölümünün arxasında kimin dura biləcəyini