ABŞ Afrikada fransızları sıxışdırır- Öz mövcudluğunu artırır

“ABŞ regionda fransızları əvəz edərək Qərbi Afrika ölkələrində mövcudluğunu artırır”.

Azpost.info xəbər verir ki, bu barədə Rusiyanın Kot-d’İvuardakı səfirliyindən TASS-a bildirilib.

ABŞ dövlət katibi Entoni Blinkenin bu ölkəyə səfərini şərh edən səfirlik bildirib ki, amerikalılar Kot-d’İvuarda və regionun digər ölkələrində mövcudluğunu gücləndirərək, fransızların qoyub getdiyi boşluqları tutmağa çalışırlar.

Səfirlik qeyd edib ki, bundan sonra Kot-d’İvuarın prezidenti Alassan Uattara Fransaya səfərə gedib. Bu, ABŞ-ın Afrikadakı hərəkətlərinin Fransa tərəfinin maraqlarına zidd olduğunu göstərir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.