“ABŞ Qarabağ ermənilərinə necə təzyiq edir?” –POLİTOLOQ ŞƏRHİ

“Rusiyanın “RİA Novosti” agentliyinin “ABŞ Dağlıq Qarabağ nümayəndələrinə təzyiq göstərir ki, Azərbaycanla görüş keçirməyə razı olsunlar və bundan imtina etdikləri təqdirdə Azərbaycanın antiterror əməliyyatı keçirəcəyi ilə hədələyirlər” xəbəri doğrudursa, bu Azərbaycanın və Ermənistanın maraqlarına uyğundur”.
Azpost.info bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti Qarabağ ermənilərinə bir neçə dəfə Bakıda görüş keçirməyi təklif edib: “Qarabağ ermənilərinin Azərbaycan hakimiyyəti ilə dialoqunu davam etdirməsi İrəvanın maraqlarına da xidmət edir, çünki yükdən qurtulmaq istəyirlər. Rusiya agentliyinin xəbəri doğrdurusa, başqa sual yaranır: “ABŞ Qarabağ nümayəndələrinə necə və hansı alətlərlə təzyiq edir?” Məsələ burasındadır ki, ABŞ-ın Rusiyadan fərqli olaraq Qarabağ separatçılarıyla birbaşa əlaqəsi və təmas imkanı yoxdur. ABŞ nümayəndələri sərhədimizi qanunsuz keçib Qarabağ separatçılarıyla da görüşə bilməzlər. Demək ABŞ nümayəndələrinin Qarabağ separatçılarıla əlaqələri internet üzərindən həyata keçirilir və vasitəçi kimi Ermənistanın hakimiyyət nümayəndələri çıxış edirlər”.
Daxil et

Gultekin

Elxan Şahinoğlu yazıb
Əvvəlki məqalə

ABŞ separatçı Xankəndi guruhuna ultimatum verib –

Sonrakı məqalə

“ABŞ-ın Bakı-Xankəndi arasında dialoqa müdaxiləsindən narahatıq” –