“İl başlayandan Qazaxıstanda qızılcaya 1500-dən çox yoluxma halı qeydə alınıb”.
Azpost.info xəbər verir ki, bu barədə Qazaxıstanın səhiyyə naziri Ajar Giniyat hökumətin bugünkü iclasında bildirib.
Ötən il Qazaxıstanda 30 minə yaxın qızılca halı qeydə alınıb.
Hökumət qeyd edir ki, qızılca epidemiyası son 10 ildə ölkədə ən böyük epidemiyadır.
Dekabr ayında ABŞ-ın Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi Qazaxıstanı qızılca xəstəliyinin ən çox yayıldığı ölkələr sırasına daxil edib.
BMT-nin Uşaq Fondu (UNICEF) Avropa və Mərkəzi Asiyada qızılca xəstəliyinə yoluxma hallarına dair son hesabatında bu xəstəliyin yayılmasına görə Qazaxıstanı birinci yerdə göstərib – hər 100 min əhaliyə 69 yoluxma halı.
Təşkilat qızılcaya yoluxma hallarının artmasının əsasən regionda uşaqlıq dövründə peyvəndlə əhatə olunmasının azalması ilə əlaqədar olduğunu bildirib.
Azpost.info