ABŞ-RUSİYA ENERJİ MÜHARİBƏSİ –Türkiyə Moskva ilə anlaşa biləcəkmi? (TƏHLİL)

Tense relations between Russia and the United States. Concept of conflict

ABŞ və Rusiya Ukrayna, Suriya, hətta Liviyada qarşı-qarşıya gəlir. Ancaq Vaşinqton və Moskva arasında hakimiyyət uğrunda əsl mübarizə AB ətrafında gedir.

“Cumhuriyyet” qəzetinin köşə yazarı Mehmet Ali Güller qələmə aldığı məqaləsində bu fikrinə aydınlıq gətirir:

Rusiyanın iki son dərəcə mühüm layihəsi var: “Şimal axını – 2” və “Türk axını”.

“Şimal axını – 2” boru kəməri Rusiyadan Almaniyaya təbii qaz nəqli, “Türk axını” isə Rusiyadan Türkiyəyə, ardınca AB-ə təbii qaz tədarükü üçün nəzərdə tutulub.

ABŞ-ın məqsədi AB-ni əlində saxlamaqdır

ABŞ hesab edir ki, həm şimaldan, həm cənubdan rus qazını AB-ə tədarük edən bu boru kəmərləri Birliyi enerji sahəsində Moskvadan asılı vəziyyətə salacaq və Rusiyanın AB-ə təsirini artıracaq.

AB-ni nəzarətdə saxlamağa gücü çatmayan ABŞ-ın qarşıdan gələn illərdə hesablaşmalı olduğu Çinə və böyük ehtimalla müttəfiqi olacaq Rusiyaya mövqeyi çox zəifləyəcək.

Məqalədə deyilir ki, Trampın müdafiə büdcəsini təsdiqləməsi ilə Vaşinqton “Şimal axını – 2” layihəsində iştirak edən şirkətlərə qarşı sanksiya tətbiq etmək qərarına gəlib. Bu isə o deməkdir ki, ABŞ artıq Rusiya və Almaniyanı birbaşa hədəf alır.

Alman hökuməti ABŞ-ın bu gedişinə sərt reaksiya verib, bu qərarı “Almaniya və Avropanın daxili işlərinə müdaxilə” kimi qiymətləndirib.

Şərqi Aralıq dənizi qazı AB-ə necə tədarük ediləcək?

ABŞ-ın energetika vasitəsilə Rusiyanın Avropaya təsiri ilə bağlı narahatlığı  şübhəsiz bilavasitə Suriya və Liviya məsələləri ilə əlaqəlidir.

Şərqi Aralıq dənizində cəbhələşmə və bununla əlaqədar qızışan Liviya mövzusunun da müəyyən mənada ABŞ-Rusiya enerji müharibəsinə  aidiyyatı var.

Şərqi Aralıq dənizində hasil edilən təbii qaz və neft ehtiyatları Avropaya hansı marşrutla nəql ediləcək? Bu sual marşrutun keçdiyi ölkələr qədər ABŞ və Rusiyanı da maraqlandırır.

Məqalə müəllifi qeyd edir ki, ABŞ bu məqsədlə bir tərəfdən Rotterdam kimi terminallar vasitəsilə Avropanı maye təbii qazla (MTQ) təmin etməyə, digər tərəfdən Şərqi Aralıq dənizindən Avropaya tədarük marşrutuna təsir göstərməyə çalışır.

Regionun qazı hansı yolla çatdırılacaq? Ucuz Şimali Kipr Türk Respublikası-Türkiyə marşrutu, yoxsa bahalı Cənubi Kipr-Krit-Yunanıstan-İtaliya xətti üzrə?

Ankara-Moskva əməkdaşlığının əhəmiyyəti

İcmalçı hesab edir ki, marşrut məsələsi başda Kipr problemi olmaq üzrə, regionun bir çox problemində öz əksini tapacaq.

Türkiyənin Liviya ilə dəniz sərhədlərinin demarkasiyası haqqında saziş imzalaması marşrut məsələsində müdaxilə nəzərdə tutan doğru addımdır. Amma Liviyaya qoşun göndərmək yanlış qərardır. Çünki bu halda Türkiyə vətəndaş müharibəsinə qoşulacaq. Hətta Rusiya ilə toqquşma da yaşaya bilər.

ABŞ-ın dəstəyi ilə Cənubi Kipr, Yunanıstan və İsrailin “EasMed” qaz kəməri ilə bağlı saziş imzalamağa hazırlaşdığı bir vaxtda Ankara diqqətini aşağıdakı məsələyə cəmləməlidir: Şərqi Aralıq dənizindən Avropaya qaz tədarükü sahəsində Rusiyanın maraqları varmı?

Çünki əsas məsələ Şərqi Aralıq dənizinin ehtiyatlarının bölünməsi, Türkiyə və Şimali Kipr Türk Respublikasının haqqına düşəni ala bilməsidir.

Buna gedən yol da əvvəlcə Suriya, sonra Misirlə razılaşmadan keçir. Suriya ilə razılaşan, Rusiyanın dəstəyini qazanan Türkiyə Misiri Cənubi Kipr-İsrail-Yunanıstan cəbhəsindən qopara biləcək. (Xpressa)

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Jurnalist İrfan Sapmaz Amerikaya köçdü:

Sonrakı məqalə

Azərbaycandan 1 milyard dollara yaxın kapital çıxarılıb –