ABŞ Rusiyanı Şimali Koreya raketlərindən istifadədə ittiham edib

Moskva son həftələrdə Şimali Koreyadan əldə etdiyi raketlərdən istifadə edərək Ukraynaya hava zərbələri endirib.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

ABŞ kəşfiyyatının məxfiliyi ləğv edilmiş hesabatına görə, bu, Rusiyanın hərbi kampaniyasını həyata keçirmək üçün digər ölkələrdən artan asılılığını göstərir.

Ağ Ev yetkilsi Con Kirbinin sözlərinə görə, ABŞ hesab edir ki, Rusiya ən azı 30 dekabr və 2 yanvar hücumlarında KXDR tərəfindən verilən raketlərdən istifadə edib.

Kirbi qeyd edib ki, Rusiya qarşıdakı həftələrdə Şimali Koreyanın təxminən 900 km uça bilən ballistik raketlərindən istifadəni davam etdirməyi planlaşdırır.

Azpost.info

 

Əvvəlki məqalə

MSK müşahidəçilər üçün yaddaş kitabçası hazırlayıb

Sonrakı məqalə

Şabranda 56 yaşlı kişi intihar edib