“ABŞ Rusiyanın 2008-ci ildə ona verdiyi dərsi pis mənimsəyib” –

22.02.2022 · 13:43 · Dünya
“NATO və ABŞ Rusiyanın 2008-ci ildə onlara verdiyi dərsi pis mənimsəyiblər”.
Azpost.info bildirir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədri Dmitri Medvedyev Putinin Donbasla bağlı qərarını şərh edərkən deyib.
“2008-ci ildə mən Cənubi Osetiya və Abxaziyanın müstəqilliklərini tanımaqla bağlı o qədər də sadə olmayan qərar qəbul etməli oldum. Hərbi qüvvə tətbiq etməklə Rusiya yüzminlərlə insanın həyatını qorudu. Həmçinin Rusiya vətəndaşlarına təcavüzkar əhval nümayiş etdirən NATO və ABŞ-a əyani dərs verdi. Amma NATO bu dərsi pis mənimsəyib”.
Medvedyevin sözlərinə görə, Qərb Minsk sazişinin sabotaj olunması üçün Kiyevə kömək etdi.