ABŞ Rusiyanın 643 milyard dollarını bloklamaq istəyir

ABŞ administrasiyası təcili qaydada Rusiya Mərkəzi Bankının 643 milyard dollar məbləğində ehtiyatlarını bloklamaq imkanını nəzərdən keçirir.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb. Agentliyin məlumatına görə, hələlik yekun qərar verilməyib. Lakin bu sanksiya Vaşinqtonun Rusiya hakimiyyəti və şəxsən prezident Vladimir Putinin Ukraynada daha da gərginləşməməsi üçün qəbul etməyə hazır olduğu sanksiyalardan biri kimi qiymətləndirilir. Xatırladaq ki, Avropa İttifaqı Rusiyaya qarşı geniş sanksiyalar paketini təsdiqləyib ki, bu da Rusiyanın ən mühüm kapital bazarlarına çıxışını məhdudlaşdırır.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Ukraynadan diplomatlarını çıxarır

Sonrakı məqalə

500 vətəndaşımız Ukraynadan Moldovaya keçib –