ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

05 Dekabr 2019 - 20:33

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib.

RİA Novosti-nin verdiyi məlumata görə, ABŞ Maliyyə Nazirliyi kibertəhlükəsizlik məqsədi ilə Rusiyadan olan 7 şirkətə qarşı sanksiya tətbiq edib.

Eyni zamanda, Rusiya və Ukrayna vətəndaşı olan 17 nəfərə qarşı da sanksiya tətbiq olunub.