“ABŞ Rusiyaya qarşı tədbirlərdə tərəfdaşlarının həmrəyliyinə əmindir” –
“ABŞ Administrasiyası Ukrayna ətrafında böhranla və Rusiyaya qarşı mümkün tədbirlərlə bağlı Almaniya da daxil olmaqla öz tərəfdaşları ilə həmrəyliyinə tam əmindir”.
Azpost.info bildirir ki, bu sözləri ABŞ dövlət katibi Blinken brifinqdə bildirib.
“Koordinasiya ilə bağlı məsləhətləşmələrin nəticələrindən biri Rusiyanın Ukraynaya qarşı təcavüzü zamanı ortaya qoyulacaq çox güclü həmrəylikdir”-deyə Blinken bildirib.
Blinken vurğulayıb ki, Vaşinqton avropalı tərəfdaşları ilə Ukraynaya qarşı təcavüz olunacağı təqdirdə Rusiyaya qarşı sərt iqtisadi tədbirləri koordinasiyasını davam etdirir.
“Sanksiyalara gəlincə, prezident Baydenin dediyi kimi heç bir variant istisina deyil”.
