ABŞ səfiri helikopter qəzası ilə bağlı başsağlığı verib

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger hərbi helikopter qəzası ilə əlaqədar başsağlığı verib.

ABŞ səfirliyi bu barədə “Twitter”də paylaşım edib.

“Səfir Litzenberger helikopterin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verir. Bu itkinin acısını ailələri və dostları ilə yaşayır, dərdinizi bölüşür və dərin hüznlə başsağlığı veririk”, -qeyd olunub.

Xatırladaq ki, noyabrın 30-da DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb.
Qəza nəticəsində 14 hərbi qulluqçu həlak olub, ikisi yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Selçuk Bayraktardan şəhidlərimizlə bağlı paylaşım

Sonrakı məqalə

“İmmunitet sertifikatı”nın müddətinin uzadılma qaydası açıqlanıb