ABŞ şərt qoydu:"Qoşunlar çıxarsa, kompensasiya tələb edəcəyik"

ABŞ amerikalı hərbçilərin İraqdan çıxarılacağı təqdirdə bu ölkədəki hərbi bazaların, aerodromların və səfirliyin tikintisi ilə bağlı kompensasiya tələb etmək hüququna malik olacaq.

ABŞ Prezidenti Donald Tramp bu barədə Fox News telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, İraq tərəfi amerikalı hərbçilərin ölkədən çıxarılması barədə açıqlama versə də, fərdi şəkildə bunu dilə gətirmir.

Donald Tramp Vaşinqtonun Bağdaddan kompensasiya alınmasına necə nail olacağı barədə suala belə cavab verib “Hazırda onların bizim banklarda 35 milyard dollar vəsaiti var. Hesab edirəm ki, onlar ya kompensasiyanı ödəyəcək, yaxud həmin vəsait hesablarda qalacaq”.

Xatırladaq ki, İraq Nümayəndələr Şurasının (parlament) deputatları yanvarın 5-də keçirilən təcili iclasda hökumətdən ölkədəki xarici qoşunların mövcudluğuna son qoymağı və terrorçuluğa qarşı beynəlxalq koalisiya ilə təhlükəsizlik barədə saziş çərçivəsində fəaliyyəti dayandırmağı tələb edib(azərtac).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Boeing” 5,4 mln. dollar cərimələnə bilər

Sonrakı məqalə

“Yanlışlığa yol verən hərbçilər cinayət məsuliyyətinə cəlb ediləcəklər”