ABŞ senatı Ərdoğanla görüşdən sonra “erməni soyqırımı” ilə bağlı qətnaməni blokladı

Respublikaçı senator Lindsi Qrem çərşənbə günü Senatın Osmanlı İmperiyasında bir əsrdən əvvəl “erməni soyqırımını” tanıyan qətnamənin qəbul etməsinin əleyhinə olduğunu bildirib.

“RİA Novosti”inin verdiyi xəbərə görə, senator Grem qətnamənin qəbulunu bloklamaq hüququndan istifadə edib.

“Mən Ərdoğan və Trampla görüşdüm və Türkiyə ilə Suriyada qarşılaşdığımız problemlərdən danışdıq. Ümid edirəm ki, Türkiyə ilə Ermənistan aralarındakı sözügedən problemi birlikdə həll edər”, – deyə senator əlavə edib.

Trampın yaxın müttəfiqi hesab olunan Grem senatorlara xitabən “tarixin yenidən yazmağın lazımsız olduğunu” bildirib.

Qeyd edək ki, “Erməni soyqırımı” qətnaməsi Xarici İşlər Komitəsində böyük demokrat Robert Menendez tərəfindən təklif edilmişdi.

Türkiyə Prezidenti Tayyib Ərdoğan çərşənbə günü Vaşinqtona səfəri zamanı Nümayəndələr Palatasının Osmanlı İmperiyasında “erməni soyqırımı”nın tanınmasının Türkiyə-Amerika münasibətlərinə kölgə saldığını diqqətə çatdırmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Yerli seriallar gənc nəslin tərbiyəsini pozur” –

Sonrakı məqalə

Sabir Rüstəmxanlı: