ABŞ Senatı Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaları dəstəkləyəcəyini bildirən qətnamə qəbul edib. Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, qətnamənin məqsədi Moskvanı Ukraynaya hərbi müdaxilənin ağır nəticələri ilə bağlı xəbərdar etməkdir. Senatorlar Ukraynaya iqtisadi və humanitar dəstəyin davam etdirilməsinə, həmçinin təhlükəsizlik sahəsində yardıma da çağırıblar. Onlar Kiyevin Rusiyanın iddia edilən təcavüzündən özünü lazımi səviyyədə müdafiə edə bilməsi üçün Co Bayden administrasiyasını və ABŞ-ın müttəfiqlərini tez hərəkət etməyə səsləyiblər. Azpost.info