ABŞ Senatının Komitəsi Rusiyanın aktivlərinin müsadirəsini dəstəkləyib

Amerika Konqresinin Yuxarı Palatasının Xarici Əlaqələr Komitəsi Rusiya aktivlərinin müsadirəsi və onların Ukraynaya verilməsi haqqında qanun layihəsini dəstəkləyib.

Azpost.info TASS-a istinadən bildirir ki, yalnız bir respublikaçı senator, Kentukki ştatının nümayəndəsi Rend Pol bunun əleyhinə səs verib.

Sənədin mətnindən məlum olduğu kimi, müsadirə edilmiş aktivlərin, o cümlədən Rusiya Mərkəzi Bankının dondurulmuş vəsaitlərinin əlavə yardım kimi Kiyevə verilməsi planlaşdırılır. Eyni zamanda, onların təhvil verilməsi ilə bağlı qərar müttəfiqlərlə “koordinasiya edilmiş çoxtərəfli səylərin bir hissəsi kimi” qəbul edilməlidir.

Lakin qanun layihəsinin qüvvəyə minməsi üçün Senatın, daha sonra isə Nümayəndələr Palatasının iclasında təsdiqlənməlidir.

Sənəd Konqresdən keçərsə, ABŞ prezidenti tərəfindən imzalandıqdan sonra qanun statusu alacaq.

Qeyd edək ki, dondurulmuş Rusiya aktivlərinin yalnız kiçik bir hissəsi ABŞ-da, qalanları isə Avropada yerləşir. Eyni zamanda, Vaşinqtonun qərarı hələ də müsadirə üçün hüquqi imkanlar tapmayan müttəfiqlərinə də təsir edə bilər.

Əvvəlki məqalə

AŞPA ilə münasibətləri dayandırması tarixi qərardır

Sonrakı məqalə

Ukrayna Baş Kəşfiyyat İdarəsi Moskva ilə əsir mübadiləsini təsdiqləyib