Hind okeanında ABŞ sualtı gəmisi tərəfindən İran hərbi gəmisinə endirilən zərbə nəticəsində ən azı 80 nəfər ölüb. Bu barədə Şri-Lanka xarici işlər nazirinin müavini bu gün yerli televiziya kanallarına bildirib. Qeyd edək ki, ABŞ-ın müharibə naziri Pit Heqset Hind okeanında İranın hərbi gəmisini ABŞ sualtı qayığının vurduğunu təsdiqləyib. Qeyd edək ki, Şri-Lanka sahillərində İran gəmisinə ABŞ tərəfindən zərbə endirilib. Bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

AzPost.az