ABŞ Türkiyə ilə birgə hərbi əməliyyatdan imtina etdi –

Ağ Ev məlumat yaydı
07 Oktyabr 2019 - 09:09

ABŞ Türkiyənin Suriyanın şimalında keçirməyə hazırlaşdığı hərbi əməliyytada iştirak etməkdən imtina edib.

 Azpost.info bildirir ki, Ağ Evin mətbuat xidməti bu barədə məlumatı  Trampla Ərdoğanın telefon danışığından sonra yayıb.

Bununla yanaşı məlumatda deyilir ki, Ankara tez bir zamanda əməliyyata başlayacaq və qeyd olunur ki, amerikalı hərbiçilər daha yaxın məsafədə olmayacaqlar.

Ağ Ev həmçinin bildirib ki, Türkiyə bütün əsir götürdüyü İŞİD-çi radikallara görə məsuliəyyət daşıyır.