ABŞ Türkiyəyə sanksiya tətbiq etmək istəyir –

Maliyyə naziri Trampın planını açıqladı
10 Sentyabr 2019 - 09:18

ABŞ maliyyə naziri Stiven Mnuçin bazar ertəsi Türkiyənin Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə raket sistemini alması ilə əlaqədar Tramp administrasiyasının sanksiyalar tətbiq edilməsini nəzərdən keçirdiyini, lakin hələ qərar verilmədiyini bildirib.

Azpost.info Amerikanın Səsi-nə istinadən bildirir ki, Ağ Evdən kənarda jurnalistlərlə verdiyi şərh zamanı Mnuçindən Maliyyə Nazirliyinin bu sanksiyaları nəzərdən keçirib-keçirmədiyi barədə suala cavabda o deyib: “Buna baxırıq. Hər hansı bir qərara münasibət bildirməyəcəyəm, amma baxırıq.”

Mnuşin hələlik heç bir potensial hədəf göstərməyib. Mnuçinin şərhlərindən sonra Türkiyənin dollarla təyin edilmiş müstəqil istiqrazlarının qiyməti düşüb.

Türkiyə Rusiyadan S-400 raketdən müdafiə sistemi alandan bəri Ankara ilə Vaşinqton arasında mübahisə davam edir. Belə ki, Birləşmiş Ştatlar bunun NATO-nun müdafiə qaydalarına uyğun gəlmədiyini və Qərb alyansın standard hərbi təyyarəsi olacaq Lockheed Martin istehsallı F-35 qırıcı təyyarəsinə hədə olduğunu deyir.