“F-16” qırıcılarının Türkiyəyə tədarükü ABŞ və NATO müttəfiqlərinin maraqlarına uyğundur.
Azpost.info xəbər verir ki, bunu “Anadolu” agentliyinə Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi deyib.
“Türkiyəyə “F-16″ların tədarükü NATO daxilində qarşılıqlı fəaliyyət qabiliyyətini artıracaq və ABŞ-ın milli maraqlarına uyğundur”, – rəsmi bildirib.
Ağ Ev sözçüsü qeyd edib ki, ABŞ prezidenti Co Bayden əvvəldən Türkiyənin F-16 donanmasının modernləşdirilməsini dəstəkləyib.
O, həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar Türkiyə parlamentinin İsveçin NATO-ya üzv olmaq ərizəsini təsdiq etməsini alqışlayır: “Ağ Ev administrasiyası xarici ölkələrə silah satışında mühüm rol oynayan ABŞ Konqresi ilə bu məsələ üzərində işləyir: “Konqres xarici ölkələrə silah satışı məsələsində əsas rol oynayır. Bəzi Konqres üzvləri açıq şəkildə bəyan ediblər ki, Ankaranın İsveçin NATO-ya üzvlük ərizəsini təsdiqləməsi “F-16″ların Türkiyəyə təhvil verilməsinə dəstək verən əsas amildir”.
Azpost.info