ABŞ Türkiyəni yenə təhdid etdi:

21.11.2019 · 23:50 · Dünya

ABŞ Dövlət Departamenti Türkiyəyə qarşı yeni tələb irəli sürüb.

“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, Amerika Türkiyədən Rusiyanın S-400 zenit-raket kompleksi sistemini almağı dayandırmağa çağırıb. Dövlət Departamentindən əks halda, rəsmi Ankaranın yeni sanksiya ilə üzləşəcəyi ilə bağlı xəbərdarlıq edilib:

“Onlar bilirlər ki, seçmə şansları var. Ya S-400-lərdən imtina, ya da sanskiya…”.