Dövlət Departamenti ABŞ Türkiyənin Adana şəhərindəki Baş Konsulluğunun əməkdaşlarını və onların ailə üzvlərini konsulluq ərazisini tərk etməyə çağırıb.
Azpost.info bildirir ki, bu barədə açıqlanan rəsmi məlumatda bu addımın təhlükəsizlik səbəbi ilə izah edilib.
Dövlət Departamenti həmçinin Türkiyənin cənub-şərqində yerləşən amerikalılara ölkəni dərhal tərk etmələri tövsiyə edib.
Adanada ABŞ Konsulluğu bütün konsulluq xidmətlərini dayandırıb. Amerikalılar konsulluq xidmətləri üçün Ankaradakı ABŞ səfirliyində və ya İstanbuldakı ABŞ Baş Konsulluğunda müraciət etməlidirlər.
Azpost.info bildirir ki, Türkiyənin cənubundakı Adana şəhəri yaxınlığında ABŞ-ın İncirlik hərbi hava bazası yerləşir. Bu, ABŞ və NATO Hərbi Hava Qüvvələrinin Avropadakı ən şərqdə yerləşən bazasıdır.
