ABŞ Ukraynadakı diplomatlarını Polşaya yerləşdirdi

blinken

ABŞ-ın Ukraynadakı səfirliyinin əməkdaşlarının Polşada gecələyəcək.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu bəyanatı ABŞ dövlət katibi Entoni Blinken səsləndirib.
Blinken bildirib ki, müvəqqəti Lvova köçən ABŞ səfirliyi əməkdaşları ilə bağlı belə bir qərar verilib.
“Bloomberg”in jurnalisti Cennifer Ceykobsun yazdığına görə, ABŞ Dövlət Departamenti Ukraynadakı bütün amerikalı diplomatları Polşaya köçürüb və onlar artıq otelə yerləşdiriliblər: “Digər müttəfiqlərini də xəbərdar ediblər, lakin bu səfirliklərin də eyni addımı atmağa qərar verib-verməyəcəyi bəlli deyil”.
Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir