ABŞ Ukraynadan olan qaçqınları qəbul etməyə hazırdır –
Amerika Birləşmiş Ştatları Ukraynadan olan qaçqınları qəbul etməyə hazırdır. Bununla belə, Ağ Ev onların əksəriyyətinin Avropa İttifaqı ölkələrində məskunlaşacağını ehtimal edir.
Azpost.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib: “Biz hazırıq. Lakin gözləyirik ki, onların çoxu qonşu ölkələrə getmək istəyəcək”.
Psaki əlavə edib ki, Vaşinqton ukraynalı qaçqınların yerləşdirilməsi üçün lazımi şəraitin yaradılması məsələsində avropalı tərəfdaşlarla əlaqə saxlayır: “Bir müddətdir ki, müttəfiqlərimizlə bu mövzuda müzakirələr aparırıq”.
Azpost.info
