ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi Ukraynaya hərbi dəstək məqsədilə 2028-ci ilə qədər 500 milyon dollar vəsait ayrılmasına razılıq verib. Bu barədə Komitənin yaydığı rəsmi sənədlərdə qeyd olunur. Qeyd olunan məbləğ Komitə tərəfindən təsdiqlənmiş ABŞ-ın 2026-cı maliyyə ili üçün müdafiə büdcəsi layihəsinə daxil edilib. Layihəyə əsasən, ABŞ Ukraynanın müdafiə qabiliyyətini möhkəmləndirmək məqsədilə bu ölkə ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır. AzPost.az