“ABŞ Ukraynaya “Patriot” üzrə mütəxəssislər göndərməyəcək” –

lavrov

ABŞ Ukraynaya “Patriot” zenit-raket kompleksləri üzrə mütəxəssislər göndərməyəcək.

“RT”ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O Vaşinqtondan müxtəlif kanallar vasitəsi ilə alınan cavabın bu cür olduğunu bildirib.

“Bizə kifayət qədər geniş izah verildi ki, bu, planlaşdırılmayıb. Amerikalılar Rusiyaya qarşı döyüşmək istəmirlər və bunu etməyəcəklər”, – deyə Lavrov bildirib.

Nazir onu da əlavə edib ki, Amerika tərəfinin zəmanətinə əsasən, Ukraynadakı “Patriot” sistemləri bir neçə ay ərzində istifadəyə veriləcək.