ABŞ və Çin demək olar ki, ticarət razılaşmasına nail olub. Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb. O bildirib ki, ABŞ və Çin iki dövlətin liderləri tərəfindən təsdiqlənməli olan ticarət razılaşması əldə ediblər. “Bizim Çinlə razılaşmamız demək olar hazırdır. Çin lideri Si və mənim son təsdiqimi gözləyir”, - Ağ Ev lideri vurğulayıb. Onun sözlərinə görə, Çin ABŞ-ı nadir torpaq metalları ilə təmin edəcək: “Nadir torpaq xammalı Çin tərəfindən təmin ediləcək. Biz isə razılaşdığımız kimi çinli tələbələrin kollec və universitetlərimizdən istifadəsini təmin edəcəyik". Tramp bildirib ki, ABŞ 55%, Çin isə 10% tarif əldə edəcək.

AzPost.az