“ABŞ və Avropa ölkələri Yəməndə sülhün təmin olunmasında maraqlı deyillər”

- Ruhani
03 Dekabr 2019 - 16:21

İran Prezidenti Həsən Ruhani Tehranda səfərdə olan Omanın Xarici İşlər naziri Yusif İbn Aləvi ilə görüşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə H. Ruhani deyib ki, Oman regionda İran ticarəti üçün mərkəz rolunu oynaya bilər.

Bölgədə baş verən münaqişələrdən danışan İran Prezidenti bildirib ki, ABŞ və Avropa ölkələri Yəməndə sülhün təmin olunmasında maraqlı deyillər.

H.Ruhani region ölkələrinin dostluğunun zəruriliyindən də danışıb. O qeyd edib ki, bölgə ölkələrinin dostluq etməkdən başqa yolu yoxdur: “Keçmişi unudub gələcəyə baxmalıyıq və birgə əməkdaşlıqla problemləri həll etməliyik”.

Omanın Xarici İşlər naziri də ölkəsinin İranla əməkdaşlıqda maraqlı olduğunu bildirib.