ABŞ və Filippin silahlı qüvvələri Çinin mübahisə etdiyi adalar yaxınlığında irimiqyaslı hərbi təlimlər keçirəcək.
Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Təlimlər filippin dilində “çiyin-çiyinə” mənasını verən “Balikatan” adlanacaq.
Ehtimal olunur ki, ABŞ-la birgə hərbi fəaliyyətlər keçirmək Filippinin NATO-ya üzv olmaq yolunda ilk addımı ola bilər.
Filippin ordusunun sözçüsü Fransel Marqaret Padilla təlimlərə döyüş gəmilərinin cəlb ediləcəyini bildirib. Padillanın sözlərinə görə, təlimlərdə kiberməkanda informasiya müharibəsi məsələlərinə də xüsusi diqqət yetiriləcək.
Azpost.info