ABŞ və Rusiya BMT-nin Türkiyə əleyhinə bəyanat verməsinə imkan vermədi –

11.10.2019 · 08:51 · Baş Yazı

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Türkiyənin Suriyanın şimalında “Barış bulağı” hərbi əməliyyatlarını qınayan bəyanatına ABŞ və Rusiya veto qoyub.

“Daily Sabah” saytının verdiyi xəbərə görə,  BMT-nin Təhlükəsizlik Şurası Türkiyənin Suriyanın şimalında təhlükəsiz bölgə yaratmaq üçün başladığı hərəkatı qınamaqla bağlı beş Avropa dövləti – Fransa, Almaniya, İngiltərə, Polşa və Belçikanin tələbi ilə təcili toplantı olub. Lakin ABŞ və Rusiya bəyanata müxalif olduqları səbəbindən qərar qəbul olunmayıb. (APA)