Fransa Prezidenti Emmanuel Makron ABŞ, İsrail və İran arasında müharibənin sülh və beynəlxalq təhlükəsizlik üçün ciddi nəticələrə səbəb ola biləcəyini bildirib.
CNN-nin verdiyi xəbərə görə, Makron mövcud eskalasiyanı hamı üçün təhlükəli adlandıraraq, gərginliyin dərhal dayandırılmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, regionda vəziyyətin daha da pisləşməsi qlobal təhlükəsizliyə mənfi təsir göstərə bilər.