Argentinanın Karakasdakı səfirliyində həbsdən gizlənən 5 Venesuelalı siyasi xadim uğurlu xilasetmə əməliyyatı ilə ABŞ-a gətirilib.
AzPost bildirir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
“ABŞ Argentinanın Karakasdakı səfirliyində Maduro üsul-idarəsi tərəfindən saxlanılan bütün girovların uğurla azad edilməsini alqışlayır. Diqqətlə planlaşdırılmış əməliyyat nəticəsində bütün girovlar hazırda ABŞ ərazisində təhlükəsizdirlər”-deyə Rubio vurğulayıb.
Dövlət katibi Biz bu əməliyyatda iştirak edən bütün şəxsi heyətə, eləcə də kömək edən tərəfdaşlara təşəkkür edib.
Qeyd edək ki, Venesuela müxalifətçilərinə səfirlikdə sığınacaq almaq icazəsini Argentina prezidenti Xavyer Miley hökuməti verib. Argentina Venesuaelada son prezident seçkilərinin nəticələrini tanımadığını bəyan edib.
Adı çəkilən müxalifətçilər Argentina səfirliyinə daxil olduqdan sonra Venesuela Silahlı Qüvvələri səfirliyi mühasirəyə alıblar.