ABŞ Yaxın Şərqə desant gəmisi və piyada batalyonu göndərir- Bu məqsədlə

ABŞ-ın Hərbi Dəniz Qüvvələri İran generalı Qasım Suleymaninin İraqda öldürülməsi əməliyyatından sonra Birləşmiş Ştatlar Mərakeş sahilində krallıqla birdə təlimləri ləğv edir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Hərbi Dəniz İnstitutunun xəbərlər portalı (USNI News) bildirib.

Məlumata görə, birgə təlimlərdə iştirak etməli olan gəmi və hərbi qulluqçular Yaxın Şərqə yola düşəcəklər.

“ABŞ-ın Hərbi Dəniz Qüvvələri İranla artan gərginlik fonunda Mərakeşlə təlimlər ləğv edir və “USS Bataan” desant gəmisi, ABŞ-ın 26-cı dəniz piyada qoşununun ekspedisiya batalyonu Yaxın Şərqə göndərilir”, – xəbərdə deyilir.

Qeyd edilir ki, piyadalar ABŞ-ın Suleymaninin öldürülməsi ilə bağlı əməliyyatı fonunda təhlükəsizliyin təmin olunması üçün Yaxın Şərqə göndərilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İran XİN rəhbəri Pompeonu “təkəbbürlü təlxək” adlandırıb

Sonrakı məqalə

İraqda 3 günlük matəm elan olundu