ABŞ Yunanıstana Ukraynanı silahlandırmq müqabilində 200 milyon dollar təklif edib

ABŞ dövlət katibi Entoni Blinken Yunanıstana Vaşinqtonun maliyyə yardımı müqabilində Ukraynaya silah ötürməyi təklif edib.

Azpost.info xəbər verir ki, bunu ölkənin Baş naziri Kiriakos Mitsotakis bildirib.

Blinken Afinanın Kiyevə yardımını 200 milyon dollar qiymətləndirib.

“Biz Yunanıstanın Ukraynaya ötürə və ya sata biləcəyi müdafiə imkanları ilə maraqlanırıq.  Yunanıstana potensial olaraq 200 milyon dollara qədər əlavə xarici hərbi maliyyələşdirmə imkanlarını araşdıra bilərik”, – Blinken Mitsotakisə yazdığı məktubunda bildirib.

Dövlət katibi əlavə edib ki, Vaşinqton Yunanıstanı KC-135 yanacaqdoldurma təyyarəsi ilə təmin etməyi də nəzərdən keçirə bilər. Bundan başqa, Dövlət Departamenti Afinaya F-35 qırıcılarının mümkün satışını təsdiqləyib.

Daha əvvəl Yunanıstan mətbuatı Blinkenin ultimatum şəklində Mitsotakisdən Ukraynaya yeni silah təchizatı tələb etdiyini yazmışdı. Jurnalistlər Blinkenin tələbini qəsblə müqayisə ediblər. Onlar izah ediblər ki, Yunanıstan Ukraynaya əvvəlki silah tədarükləri zamanı artıq hər şeyi verib.

Azpost.info

Əvvəlki məqalə

Gizir və miçmanlara “kiçik leytenant” rütbəsi veriləcək –

Sonrakı məqalə

Prezident “Ələt azad iqtisadi zonası” barədə Sərəncama dəyişiklik edib