ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib. “Qafqazinfo” “Middle East Eye” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda keçirilən brifinq zamanı danışıb. O, hər iki tərəfin - Azərbaycan və Ermənistanın dəhlizlə bağlı müxtəlif təkliflər etdiyini bildirib. “Bu halda ABŞ deyir: Yaxşı, biz onu təhvil alacağıq. Bizə 32 kilometr yolu 100 illik nəzarət üçün verin”. AzPost.az