Abşeronda naməlum mərmi zərərsizləşdirildi

10 Noyabr 2020 - 04:25

Abşeron rayonunda naməlum mərmi zərərsizləşdirilib.

Hadisə Xırdalan şəhəri Rövşən Əliyev küçəsində qeydə alınıb.

Sakinlərin sözlərinə görə, hadisə zamanı xəsarət alan olmayıb və hər hansı yanğın hadisəsi baş verməyib. Raketin qalıqları polislərə təhvil verilib.

Hadisə yerinə Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev gəlib.