“Abşeronun əksər qəsəbələrində daşıyıcı kanalizasiya kollektorları tikiləcək”- “Azərsu” sədri

“Gələn il Abşeronun əksər qəsəbələrində həm su, həm də kanalizasiya layihələri icra olunacaq”.

APA-nın xəbərinə görə, bu barədə Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən ənənəvi mətbuat konfransında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.

Onun sözlərinə görə, xüsusilə magistral su xətlərinin, su anbarlarının tikintisi nəzərdə tutulub: “Eyni zamanda daşıyıcı kanalizasiya kollektorlarının tikintisi nəzərdə tutulub ki, bu çox vacib məsələdir. Çünki kollektor olmadan şəbəkə qura bilmərik, qurulan şəbəkə harasa bağlanmalıdır”.

ASC sədri həmçinin bildirib ki, Pirşağıda hazırda 40 min kub gücü olan tullantı sutəmizləyici qurğu tikilir. Həmin istiqamətdə gələn il tullantı sularının idarə olunması üçün kollektorların tikintisinə başlanılacaq və şəbəkələr qurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Baş nazirdən yeni təyinat

Sonrakı məqalə

MAQATE-nin mütəxəssisi İrandan çıxarılıb