Adamlar gördükləri yuxunun 90 faizini unudurlar –

Qadınların və kişilərin yuxularında fərq olurmu?
14 Mart 2021 - 16:19

Yatmış insan yuxunun nə olduğunu bilmir və orada baş verən hadisələri canlı obyekt kimi qəbul edir. Yuxulara “duyğusuz qəbul”unun bir növü və ya obyekti qəbul kimi də baxmaq olar. Yuxular hələ də sirrini qorumaqda olan bir araşdırma sahəsidir. 

Lent.az xarici KİV-ə istinadən yuxu haqqında maraqlı faktları təqdim edir:

Görülən yuxunun 90 faizi unudular

Yuxudan oyandıqdan 5 dəqiqə sonra görülən yuxu unudulur. 10 dəqiqə sonra isə demək olar ki, heç xatırlanmır.

Görmə qabiliyyəti olmayan insanlar da yuxu görə bilər

Sonradan görmə qabiliyyətini itirən insanlar da yuxu görə bilər. Amma doğuşdan görmə qabiliyyətini itirənlər yalnız duyğular üzərindən yuxu görə bilər. Məsələn, qoxu, toxunma, hiss etmə.

Hər kəs yuxu  görür

Çox ciddi psixoloji problemləri olan insanlardan başqa hər kəs yuxu görür. Əgər yuxu görmədiyinizi düşünürsünüzsə, bunun səbəbi yuxunuzu unutmağınızdır.

Yuxularımızda tanıdığımız insanları görürürk

Zehnimiz üz xəyal edə bilmir. Buna görə də yuxularımızda ancaq tanıdığımız insanları görürük.

Hamı rəngli yuxu görmür

İnsanların yalnız 12 faizi ağ-qara yuxu görür. Digərləri rəngli yuxu görür. 25 yaşa qədər insanların 4,4 faizi ağ-qara yuxu görür. Araşdırmalar zamanı məlum olub ki, bunun səbəbi insanların ağ-qara televizordan rəngliyə keçməsidir.

Bir gecədə 4-8 dəfə yuxu görmək mümkündür

Bir gecədə ortalama 1-2 saatarası yuxu görmək olur.

Heyvanlar da yuxu görür

Bir çox heyvan üzərində aparılan araşdırmaya görə onlar da yuxu görür. Buna səbəb insanlarla eyni beyin dalğasına sahib olmalarıdır.

Qadın və kişilər fərqli yuxu görürlər

Kişilərin 70 faizi yuxuda başqa kişiləri görürlər. Qadınların yuxuda kişi və xanım görmə faizləri bərabərdi. Bu səbəbdən kişilər yuxularında qadınlara nisbətən daha gərgin olurlar.