Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu fevralın 2-si başlayacaq

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu vətəndaşlara müraciət edib.

Fonddan bildirilib ki, adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu fevralın 2-si saat 11:00-dan başlayacaq. Güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbulu ilə bağlı əlavə məlumat veriləcək.

İpoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət Portalında (www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə real vaxt rejimində həyata keçirilir. İpoteka kreditlərinin şərtlərinə dair məlumatları fondun rəsmi internet səhifəsindən (www.mcgf.gov.az/menu/46) əldə edə bilərsiniz.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.