Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri polkovnik Rəşadət Babayev işdən azad edilib.
BakuPost xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri vəzifəsinə polkovnik-leytenant Malik İbrahimov təyin edilib.
Xatırladak ki, dünən mediada yayılan məlumatda Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri Rəşadət Babayevin adı rüşvət qalmaqalında hallanırdı.
Qeyd edək ki, dünən Daxili İşlər nazirinin əmri ilə Bakı Şəhər Dövlət Yol Polisinin rəisi Nuşirəvan Səfərov təqaüdə göndərilib. Onu hələlik rəis müavini, Qarabağ qazisi Rəşad Piriyev əvəz edir.