Adı qalmaqalda hallanan DYP polkovniki işdən çıxarıldı

Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri polkovnik  Rəşadət Babayev  işdən  azad edilib.

BakuPost xəbər verir ki,  Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri  vəzifəsinə  polkovnik-leytenant  Malik İbrahimov təyin edilib.
Xatırladak ki, dünən mediada yayılan məlumatda Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri Rəşadət Babayevin adı rüşvət qalmaqalında hallanırdı.

Qeyd edək ki, dünən Daxili İşlər nazirinin əmri ilə  Bakı Şəhər Dövlət Yol Polisinin rəisi  Nuşirəvan Səfərov təqaüdə göndərilib. Onu hələlik rəis müavini, Qarabağ qazisi Rəşad Piriyev əvəz edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev “ACWA Power” şirkətinin sədrini və “Masdar” şirkətinin icraçı direktorunu

Sonrakı məqalə

İran Ukrayna təyyarəsinin raketlə vurulması ehtimalını təkzib edib