AFFA Canni de Byazi ilə müqaviləni uzadıb

02 Dekabr 2021 - 13:25

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, toplantıda Azərbaycan millisinin baş məşqçisi məsələsinə aydınlıq gəlib.

Canni de Byazinin hesabatı dinlənildikdən sonra assosiasiya italiyalı mütəxəssisin postunda qalmasını qərara alıb. 65 yaşlı mütəxəssislə sözləşmə müddəti 2022-ci ilin oktyabrına qədər uzadılıb.

Həmçinin baş məşqçiyə növbəti bir ay ərzində 10 aylıq hazırlıq planını AFFA-ya təqdim etməsi tapşırılıb.