AFFA Canni de Byazi ilə müqaviləni uzadıb

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, toplantıda Azərbaycan millisinin baş məşqçisi məsələsinə aydınlıq gəlib.

Canni de Byazinin hesabatı dinlənildikdən sonra assosiasiya italiyalı mütəxəssisin postunda qalmasını qərara alıb. 65 yaşlı mütəxəssislə sözləşmə müddəti 2022-ci ilin oktyabrına qədər uzadılıb.

Həmçinin baş məşqçiyə növbəti bir ay ərzində 10 aylıq hazırlıq planını AFFA-ya təqdim etməsi tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycan 30 ilə yaxın sülh üçün mübarizə aparıb” –

Sonrakı məqalə

Helikopter qəzası barədə rəsmi məlumat niyə gec açıqlandı? –