AFFA ermənilərin təxribatına görə FIFA-ya müraciət edəcək

01 Aprel 2021 - 00:55

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən FIFA-ya müvafiq qaydada müraciət ünvanlanacaq.

Milli assosiasiyasının rəsmi saytı xəbər verir ki, buna DÇ-2022-nin Ermənistan və Rumıniya komandaları arasındakı seçmə oyunda baş verən təxribat səbəb olub.

Belə ki, 2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçirilmiş Ermənistan – Rumıniya oyunu zamanı stadionun tribunasında separatçı rejimin qondarma “bayrağı” asılıb.