I divizionda çıxış edən “Ağsu”, “Turan Tovuz” və “Zirə-2” komandalarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçularının, futbol funksionerlərinin, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub. Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq aşağıda adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:
“Turan Tovuz”
- Qocayev Sənan – futbolçu
- Rüstəmov Misir – futbolçu
- Bağırov Emin – futbolçu
- Sadıqov İlkin – futbolçu
- Məmmədov Rüfət – futbolçu
- Tağıyev Eltay – futbolçu
- Quluzadə Şahin – futbolçu
“Ağsu”
- Kərimov Rəşad – icraçı direktor
- Bayramov Kənan – qapıçılar üzrə məşqçi
- Hacıyev Ənvər – klubun işçisi
- Əliyev Ramil – futbolçu
- İbrahimov Vüsal – futbolçu
- Əmrahov Qalib – futbolçu
- Əliyev Elçin – futbolçu
- Əliyev Məhəmməd – futbolçu
- Həşənov Şamo – futbolçu
- Mirzalıyev Ruslan – futbolçu
- Quliyev Orxan – futbolçu
- Rəhimov Fərrux – futbolçu
- Həşimov Elçin – futbolçu
- Babayev Malik – futbolçu
- Kərimov Ramil – futbolçu
- Mustafayev Vüsal – futbolçu
- Məmmədov Kənan – futbolçu
“Zirə-2”
- Əliyev Səbuhi – futbolçu
Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.
Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apelyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.