Ağaclar, bitkilər bağbanla "danışacaq" - Süni intellektdən yenilik
Süni intellekt sayəsində bitkilər tezliklə bağda öz bağbanları ilə “danışa” biləcəklər.
AzPost “Daily Mail” nəşrinə istinadən bildirir ki, təcrübəsiz bağbanlar ağacların, bitkilərin nəyə ehtiyacı olduğunu onlardan soruşa biləcəklər.
Bu yenilikn gələn il Çelsidə keçiriləcək gül sərgisində nümayiş etdiriləcək. Tom Messi və Cey Ann tərəfindən layihələndirilmiş "Avanade" bağı bağbanlara onu suvarmağın məqsədəuyğun olub-olmadığını söyləyə biləcək. Bağ Microsoft ilə əməkdaşlıq çərçivəsində yaradılıb.
Tom Messinin sözlərinə görə, bağ belə suallara cavab verə biləcək: “Özünüzü necə hiss edirsiniz? Sənə nə lazımdır? Sizə suvarma lazımdır? Bağ isə belə cavab verə bilər: "Bir az daha suya ehtiyacım var, bəlkə budaqlarımı kəsdirim."
Əvvəllər elm adamları bitkilərin səs titrəyişlərinə cavab verdiyini və onların böyüməsini təşviq edə biləcəyini aşkar etmişdilər. Messi bağçasında torpaqda rütubət səviyyəsinə, həmçinin qida maddələrinə, turşuluğa və qələviliyə nəzarət etmək üçün sensorlu ötürücülər quraşdırılacaq.
Yaradıcıların fikrincə, nisbətən ucuz simsiz sensorlu ötürücülərbağçanın arxasındakı pavilyonda yerləşən kompüterlə əlaqə saxlayacaq.
Sərgi üçün xüsusi olaraq hazırlanmış texnologiya gələcəyin bağlarının necə görünəcəyi barədə təsəvvür yaradaır.
AzPost.az
Əlaqəli xəbərlər
-
Gündüz fəhlə, gecə quldur... - Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?
-
Heydər Əliyevlə bir kadrda - 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
-
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi - Kurt Valdhaymın böyük sirri
-
Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?
Növbəti xəbər yüklənir...