AGAH-ın sədri ATƏT-in Nazirlər Şurasının görüşündə iştirak edib

Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi (AGAH) İctimai Birliyinin sədri, Tübingen Universitetinin araştırmaçı doktorantı Təbriz Raufoğlu Dekabrın 5-6 tarixləri aralığında Slovakiyanın Bratislava şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 26-cı görüşünə qatılıb.

Bununla bağlı Azpost.info-ya açıqlama verən AGAH sədri qeyd edib ki,  vətəndaş cəmiyyəti institutu nümayəndəsi olaraq iştirak etdiyi toplantıda ATƏT-ə üzv və qurumla əməkdaşlıq edən ölkələrin Xarici İşlər Nazirlərinin qatılımı ilə ATƏT regionundakı münaqişələrə dair müzakirələr aparılıb. Təbriz Raufoğlu təşkil olunan yüksək səviyyəli dəyirmi masada Krımın ilhaqı və Ukraynanın şərqində davam edən separatçılıq hərəkatları ilə bərabər Dağlıq Qarabağ məsələsinin də müzakirəyə çıxarıldığını, aparılan diskussiyaların mərkəzində yer aldığını bildirib. O əlavə edib ki, quruma üzv ölkələrin əksəriyyəti beynəlxalq hüququn dövlətlərin ərazi bütövlüyü prinsipini əsas alaraq davam edən separatçılığın aradan qaldırılması gərəkdiyini vurğulamasına rəğmən konkret addımları ehtiva edən qərarların qəbul olunmadığını, qətiyyətsizliyin davam etdiyini bildirib. Diaspora sədri Ermənistanın Xarici İşlər naziri Söhrab Mnatsakanyanın öz çıxışında ölkəsinin konfliktə yönəlik klassik mövqeyini yenidən təkrarladığını, “Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etməsi” kimi Azərbaycan Respublikasının ərzai bütövlüyünü heçə sayan bəyanlara yer verdiyini və belə yanaşma ilə Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllinin mümkünsüz olduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Çin ABŞ diplomatlarına məhdudiyyət tətbiq edib

Sonrakı məqalə

Beynəlxalq və ölkədaxili sərnişin qatarlarının hərəkət cədvəli dəyişdirilir