Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyirlər?

İyul axşamlarının ən böyük kabusu, şübhəsiz ki, qulağımızın dibində gəzən o incə “vızzıltı” səsidir. Yay aylarında hamımızın ortaq düşməninə çevrilən ağcaqanadlar haqqında elmin tapdığı cavablar olduqca təəccüblüdür.

Bir çoxumuz elə bilirik ki, onlar bizi işığa görə tapırlar, amma reallıq fərqlidir.

Onlar insanı necə “iy hissi” ilə ovlayırlar?

Ağcaqanadların baş hissəsində yerləşən xüsusi reseptorlar insanların nəfəs alarkən xaric etdiyi karbon qazını (CO₂) təxminən 50 metr məsafədən hiss edə bilir. Yəni siz tam qaranlıq otaqda gizlənsəniz belə, sadəcə nəfəs almağınız sizi hədifə çevirir.

“Niyə hamını yox, məhz məni dişləyirlər?”

Əgər dostlarınızla oturduğunuz yerdə yalnız siz qurban seçilirsinizsə, bunun elmi səbəbləri var:

Qan Qrupu – Araşdırmalar göstərir ki, “0” (I) qan qrupuna sahib olan insanlar ağcaqanadlar üçün digər qruplara nisbətən iki qat daha cəlbedicidir.

Metabolizm və Tər –İdman etdikdən sonra və ya isti havada bədəndən xaric olan laktik turşu və tər qoxusu onlar üçün əsl “parfüm” effekti yaradır.

Geyim Rəngi – Ağcaqanadlar tünd rəngləri (xüsusən qara və tünd göy) daha rahat vizuallaşdırırlar. Yayda açıq rəngli geyimlərə üstünlük vermək bu baxımdan faydalıdır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.