Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız
  • Siyasət

“Ağdam vasitəsilə paralel dəhlizin açılmasını təklif etmişik” -.

User 17 Avqust 2023 - 01:50 (Last updated: 21 May 2025 - 20:15)
polyanski

“İyulun 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar zamanı biz gərginliyin azaldılması üçün real kompromis həll yollarını təklif etdik və bu, tərəflər tərəfindən nəzərə alındı”.

Azpost.info bildirir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski avqustun 16-da BMT Təhlükəsizlik Şurasının Laçın yolu ilə bağlı keçirilmiş iclası zamanı deyib.

“Söhbət mülki və qeyri-hərbi malların daşınması üçün Ağdam və Laçın vasitəsilə paralel dəhlizlərin açılmasından gedir. Bu, rəsmi Bakının səlahiyyətli nümayəndələri ilə Qarabağın erməni əhalisi arasında tez bir zamanda birbaşa dialoqun başlanması üçün lazımi ilkin şərtlər yaradacaq”-deyə diplomat bildirib.

“Rusiya Federasiyası hər iki tərəfin dəstəyi ilə mövcud böhranın mümkün qədər tez həll edilməsi, eləcə də bütövlükdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına kömək etmək üçün bütün səylərini göstərir. Rusiya prezidenti, Azərbaycan prezidenti və Ermənistan baş nazirinin 2020-2022-ci illər üçün bəyanatlar toplusu Bakı və İrəvanın barışması üçün mübahisəsiz yol xəritəsi olaraq qalır”-deyə Polyanski vurğulayıb.

Onun sözlərinə görə, Üçtərəfli sazişlərin potensialı tükənmək üzrə deyil və əsas komponentlər Rusiyanın ekspert yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sonradan demarkasiyası, üçtərəfli işçi qrupun həmsədrliyi çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri tərəfindən Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanmasına köməklik göstərilməsi, parlamentarilər və ictimaiyyətin nüfuzlu nümayəndələri arasında dialoqun inkişafı, nəqliyyat kommunikasiyalarının blokunun açılmasıdır.

Bu sahələrin hər birində müəyyən irəliləyişlər əldə edilib. Rusiya müvafiq səylər göstərməyə davam etməkdə qərarlıdır.

“Ermənistan-Azərbaycan barışığı Azərbaycanın hüquqi müstəvisi çərçivəsində hamılıqla tanınmış beynəlxalq prinsiplər əsasında baş tutmalıdır. Bu məntiq Ermənistan və Azərbaycan liderləri arasında 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq tərəflər tərəfindən bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması haqqında dəfələrlə təsdiqlənmiş, son razılaşmalardan irəli gəlir”, – Rusiya Federasiyasının nümayəndəsi əlavə edib.

“Biz Qarabağ ətrafında vəziyyətin normallaşdırılmasında və ümumilikdə Ermənistan-Azərbaycan barışığında maraqlı olan bütün məsuliyyətli oyunçularla işləməyə hazırıq. Azərbaycan və erməni xalqlarının köklü maraqlarına əsaslanan bu ssenariyə səmimi şəkildə əməl edənlər istənilən geosiyasi və müxtəlif daxili siyasi mülahizələri bir kənara qoymalıdırlar.

Biz həmçinin bu kontekstdə Təhlükəsizlik Şurasının platformasından istifadəyə məsuliyyətlə yanaşmağa çağırırıq. İstənilən halda, Bakı ilə İrəvan arasında problemlər həll edilməlidir və heç bir tətbiq edilmiş sxem və həll yolu onların dialoqunu əvəz etməyəcək. Biz öz tərəfimizdən tərəfləri mehriban qonşuluq həllinə yaxınlaşdıraraq, bunu təşviq etməyə davam edəcəyik”, – Polyanski yekunlaşdırıb.

Post navigation

Previous: “Bu,təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniyadır” –
Next: “Mançester Siti” Avropa Superkubokunun qalibi olub

Oxşar xəbərlər

erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.